Antarktidada həyatın 100 illik son izi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Antarktidada həyatın 100 illik son izi - FOTOLAR

Antarktidadakı muzey - FOTO

XX əsrin əvvəllərində Cənub qütbünə getməyə çalışan ingilis kəşfiyyatçı kapitan Robert Falkon Skottun daxması Antarktikada hələ də əvvəlki kimi qorunur.

Təxminən 100 illik daxmanın hər küncü Cənub qütbünü araşdırmaq istəyən ilk qütb kəşfiyyatçılarının izləriylə doludur.

Robert Falkon Skott və Ernest Şakleton 1902-ci ildə Cənub qütbünün kəşf edilməsi üçün təşkil edilən ilk ciddi cəhdə birlikdə qatılıb. Lakin bu ilk cəhd müvəffəqiyyətsiz olub. Bundan sonra Skott və Şakleton çox çətin şərtlərdə ayrı-ayrı qruplarla Cənub qütbünə gedib çatmağa çalışıb.

Kəşfiyyatçılar Cənub qütbünə birinci çatmaq üçün var gücü ilə yarışa başlayıb. 1909-cu ilin yanvar ayında Şakletonun hədəfinə çatmağına 180 km qalıb. Amma pis hava şərtləri, qida bazasının azalması və səhhətində yaranan problemlər 4 nəfərlik qrupu geri qayıtmağa məcbur edib. Ümumilikdə 128 gün və 2736 km gedəndən sonra 4 mart 1909-cu ildə tədqiqatçılar həmin bu daxmaya sığınıb. Şakletonun bacara bilmədiyini bacarmaq üçün 1912-ci ildə Skott və adamları yola çıxıb. Lakin qrup Cənub qütbünə çatmazdan bir ay əvvəl norveçli kəşfiyyatçı Roald Amundsen Cənub qütbündə bayrağı sancan ilk adam olub.

17 yanvar 1912-ci ildə Bill Uilson, Oates, Edgar Evans və “Birdie” Bouers ilə Cənub qütbünə çatmağı bacaran Skott öz dəftərində “Ulu Tanrım, bura qorxunc bir yerdir” deyə yazıb. Ən böyük xəyallarından birini reallaşdıran qrup pis hava şərtlərinə məğlub olub. Fevralın 17-də əvvəlcə Evans həyatını itirib. Mart ayının ortasında Oates, “Bir az gəzim qayıdacam” deyərək gedib və bir daha qayıtmayıb. Martın sonlarında isə Skott, Uilson və Bouers “ağ ölüm”ə məğlub olub. Cəsədləri 8 ay sonra tapılıb. Şakletonun da 1916-cı ildəki cəhdi eyni hadisə ilə nəticələnib.

Soyuq və rütubətsiz olan daxma 100 il əvvəl olduğu kimi qalır. Skottun masadakı qeydləri, rəflərdəki miniatür viski şüşələri, filmləri-hamısı kəşfiyyatçıların qoyduğu kimidir. Sanki onların geri dönməsini gözləyir... Amma bütün bu saydıqlarımız az qala 100 yaşındadır. Hər şeyin olduğu kimi qalmağının da səbəbi çox sadədir. Qütblərin dondurucu havası.

Robert Falkon Skott və Ernest Şakleton bu daxmanı XX əsrin əvvəllərində səfərlərinin dayanacağı kimi inşa edib və bir daha geri qayıtmayıb. 18 yanvar 1912-ci ildə Cənub qütbünə çatan Skott burada Amundsenin 1 ay əvvəl sancdığı Norveç bayrağıyla qarşılaşanda böyük xəyal qırıqlığı yaşayıb. Bu məğlubiyyətdən sonra qütb nöqtəsindən qayıtmağa başlayan Skott həddindən artıq soyuq, yorğunluq və aclıq nəticəsində vəfat edib. Şəkilləri çəkən Laurens Oates də donaraq ölməkdən xilas ola bilməyib. Ernest Şakletonun da qədəri çox fərqli olmayıb. Şakletonun gəmisi “Endurance” bu kəşflər zamanı buzlaqlar arasında sıxışıb, onu və adamlarını 130 km uzaqlıqdakı “Fil adası”na sığınmaq məcburiyyətində buraxıb.

Yaşadığı çətinliklərdən sonra infarkt keçirən Şakleton kəşflərinə fasilə verib. 1922-ci il yanvarın 4-də də yenə də infarkt keçirərək vəfat edib.

Qütb yarışında Skottu məğlub edən Roald Amundsen zəfərindən 17 il sonra 1928-ci ildə Şimal qütbündə təşkil edilən qurtarma səfərinə çıxıb. Lakin Amundsenlə birlikdə içində 6 adamın da olduğu təyyarə 18 iyunda qəzaya uğrayıb. Amundsenin cəsədi heç vaxt tapılsa da, təyyarənin “Ayı adası” yaxınlığında qəzaya uğradığı və norveçli kəşfiyyatçının da qəza zamanı və ya qısa bir müddət sonra həlak olduğu düşünülür.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm