Bilgi.az
Arvadını çamadanda aparan kişiyə hökm oxundu
Böyük Britaniya məhkəməsi Latviya vətəndaşına hökm çıxarıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, latviyalı çamadanın içərisində arvadını Böyük Britaniyaya qeyri-qanuni keçirmək istəyib.
Kişiyə 14 ay azadlıqdan şərti məhrumetmə, 100 saatlıq icbari iş və 400 funt sterlinq (608 dollar) cərimə kəsilib.
Xarici mətbuatın verdiyi məlumata görə, Boqden Kroitor adlı Latviya vətəndaşı 2013-cü ilin oktyabrında arvadını çamadanda gizlədərək, onunla Böyük Britaniyaya daxil olmaq istəyib. 30 yaşlı Boqden limanda saxlanılıb.
Əvvəllər düz iki dəfə Boqdenin moldovan əsilli arvadının Böyük Britaniyada yaşamaq hüququ Birləşmiş Krallıq tərəfindən rədd edilib.
Böyük Britaniyada işləyən Boqden həftəsonlarını arvadı ilə Fransanın Kale şəhərində yerləşən limanda keçirib. Bundan sonra cütlük bir-birindən ayrıla bilmədiyindən Boqden arvadını özü ilə Böyük Britaniyaya aparmaq istəyib.
Ər-arvad La-Manş boğazını keçə bilsə də, Böyük Britaniyanın Duvr limanının gömrükçüləri Boqdenin avtomobilini yoxlamaq qərarına gəliblər. Yoxlama nəticəsində çamadandan Boqdenin arvadı tapılıb.
Nura
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO