Dərini cavanlaşdıran 4 maska
Bizi izləyin

Bilgi.az

Dərini cavanlaşdıran 4 maska

Dərini gəncləşdirən təbii maska reseptlərindən istifadə edərək daha sağlam və gözəl görünə bilərsiniz.

Publika.az dərini sızanaq problemlərini aradan qaldıran və gəncləşdirib gözəlləşdirən 4 maskanın reseptini təqdim edir:

Kətan toxumu sıyığı

3 yemək qaşığı kətan toxumunu döyərək toz halına salın. Üzərinə yarım stəkan ilıq su əlavə edib sıyıq halına gətirin. 1 xörək qaşığı bal və 1 çay qaşığı təbii kərə yağını da bu qarışıma əlavə edin. Əldə etdiyiniz maskanı üzünüzə və boyun bölgənizə çəkib yarım saat gözləyin. Daha sonra üzünüzü ilıq suyla yuyun. Bu maskadan həftədə 2 dəfə davamlı olaraq istifadə etsəniz, dərinizin günü-gündən gözəlləşdiyini müşahidə edəcəksiniz.

Bitkilərdən gələn gözəllik

Quru çobanyastığının üzərinə bir qədər su əlavə edib qaynadın. Qaynamağa başladıqdan 1 dəqiqə sonra ocağın üzərindən götürün. Süzgəc vasitəsilə suyu süzün. Həmin suya 1 xörək qaşığı yulaf, 1 çay qaşığı bal əlavə edin. 2 dəqiqə qarışdırıb ilıq hala gəlməsini gözləyin. Maskanı üzünüzə çəkib 30 dəqiqə sonra yuyun. Üzünüzü yuyub quruladıqdan sonra mütləq nəmləndirici krem çəkin. Bu maskanı həftədə 2 dəfə çəkərək daha gərgin və gənc dəriyə sahib ola bilərsiniz.

Sarıkök maskası

1 çay qaşığı sarıkökün üzərinə bir neçə damcı limon sıxıb qarışdırın. Bunu dərinizə çəkib 10 dəqiqə gözləyin. Sarıkök dərini möhkəmləndirir, həm də ağardır. Üstəlik, antibakterial xüsusiyyətə malik olduğu üçün sızanaqlardan və digər dəri problemlərindən də xilas edir. Bu maskadan həftədə ən az 3 dəfə istifadə etmək lazımdır.

Portağal qabığı maskası

Portağalın qabığı meyvəsindən daha çox C vitamini ehtiva edir. 2 xörək qaşığı qədər portağal qabığını rəndələyin və üzərinə bir az qatıq, bir az bal və 2 damcı zeytun yağı əlavə edib qarışdırın. Üzünüzə çəkib 15 dəqiqə sonra ilıq suyla təmizləyin.

Qeyd edək ki, portağal qabığını rəndələyib istifadə etməklə yanaşı, apteklərdə hazır şəkildə satılan portağal qabığı tozundan da istifadə edə bilərsiniz. Bu toz daha yaxşı təsir edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm