Ana qızını timsahın cəngindən belə xilas etdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ana qızını timsahın cəngindən belə xilas etdi - FOTOLAR

Qəhrəman ana qızını 4 metrlik timsahın cəngindən qurtarıb. İş ondadır ki, ana timsahla 10 dəqiqəlik mübarizədə paltar yumaq üçün istifadə edilən taxta parçasından istifadə edib. Hadisə Hindistanın Vadodara şəhərində baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı Divalinen Vankar 19 yaşlı Kanta ilə paltar yumaq üçün çay kənarına gedib. Ana-bala paltar yuyarkən, qəfildən bir timsah Kantanın sağ ayağından yapışaraq onu suyun dibinə dartmağa başlayıb.

Qızın köməyinə anası Vankar gəlib. Ana qızının əlindən yapışaraq timsahın ağzından qurtarmağa çalışıb. Lakin timsah qızın ayağından möhkəm yapışdığı üçün Vankar qızına yardım etməkdə çətinlik çəkib.

Vankar deyib: "Qızımı timsahın ağzından xilas etmək üçün var gücümlə onu dartırdım. Lakin timsah çox güclü idi və getdikcə Kantanı özü ilə aparırdı. Qızımın tezliklə suyun dibində olacağını anladım".

Bu zaman qadın özünü itirmədən paltar yumaq üçün istifadə edilən 5 metrlik taxtanı əlinə götürüb. O, taxta ilə timsahın başına dəfələrlə zərbələr endirib. Qızını timsahın ağzından xilas etmək üçün qəhrəman ana 10 dəqiqə mübarizə aparıb.

Xoşbəxtlikdən, yerli sakinlər qadınların səsinə gəlib. Kanta tezliklə xəstəxanaya çatdırılıb. O, xəsarət alsa da, həyatı üçün heç bir təhlükə yaranmayıb. O, kənddə su və elektrik olmaması üzündən paltarları çayda yusa da, bir daha çaya qayıtmayacağını deyib.

Yerli hökumət çayda timsahların çox olması haqda əvvəlcədən xəbərdarlıq edib. Keçən il çayda 6 nəfər həlak olub. Çünki verilən xəbərə görə çayda 200-dən artıq timsah yaşayır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm