Bilgi.az
Ölülər də “nəfəs alır” - FOTOLAR
Venzone şəhəri İtaliyanın Udine əyalətində yerləşir. Kiçik italyan şəhəri lavanda çiçəkləri ilə məşhurdur. Lakin şəhər dünyada daha çox başqa bir əlamətinə görə populyarlıq qazanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər kilsəsinin yanında yerləşən kiçik anbarda 5 mumiya yatır. 1647-ci ildə kilsədə aparılan yenidənqurma işləri zamanı oradan 20-ə yaxın (bəzi mənbələrdə 40 göstərilir) mumiyalanmış cəsəd tapılıb. Amma mumiyalardan yalnız 15-i günümüzədək "yaşayıb". Yerdə qalan mumiyalar 1976-cı ildə baş verən zəlzələdə məhv olub. Mumiyaların hər biri müxtəlif dövrlərə məxsusdur. Fransız işğalı zamanı mumiyalar əsgərlərin də diqqətini çəkib. Belə ki, onlar mumiyaları hissələrə doğrayaraq suvenir kimi özlərində saxlayıb. Deyilənlərə görə, mumiyaların olduğu yer Napoleonun da marağına səbəb olub.
Mumiyalar tapıldığı gündən etibarən təmiz havaya çıxarılaraq havalandırılır. Artıq onların "nəfəs almaları" üçün havaya çıxarılması ənənə halını alıb. Hətta turistlərin diqqətini cəlb etmək üçün "gəzintiyə çıxarılan" mumiyalarla "ünsiyyət" də qururlar.
Qeyd edək, ölüləri heç kim mumiyalamayıb. Onlar təbii şəkildə yerli "Hipha Bombicina" göbələyinin sayəsində yaranıb.
Nura
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu