• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Oğul əvəzinə tısbağa - FOTOLAR/VİDEO

  • Maraqlı
  • 3 İyun 2015 03:56
  • 862 Baxış
Oğul əvəzinə tısbağa - FOTOLAR/VİDEO

Yaponiyada yaşayan yaşlı bir kişinin küçələrdə tısbağa ilə gəzişməsi çoxlarının marağına səbəb olub. 62 yaşlı Mitani Hisao düz 19 il bundan qabaq Tokio mağazalarının birindən aldığı nəhəng tısbağa ilə yaşayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Mitani Hisao oğul əvəzinə 19 il bundan qabaq tısbağanı "övladlığa" götürüb. Lakin Hisao 75 santimetrlik tısbağanın böyüyərək 70 kiloqram çəkiyə malik olacağını təsəvvür belə etməyib.

Bon-çan adlı tısbağanın sahibi Mitani deyib: "Heç zaman uşağım olmayıb. 19 il əvvəl arvadım heyvan mağazasında tısbağanı gözaltı etdi. Tısbağa çox balaca idi və arvadım ona qarşı dərhal bağlılıq hiss etdi. Mağazadan tısbağanı aldım, lakin onun böyüyərək nəhəngə çevriləcəyini bilmirdim. Bon-çan məni dinləyən yeganə ailə üzvümdür. Onun adını çəkən kimi dərhal yanıma gəlir. Mənim bütün qaranlıq işlərimdən və sirrlərimdən xəbəri var".

Bon-çan ləng olsa da, Mitani hər gün onunla şəhər gəzintisinə çıxır.

"Oğul kimi mənə doğma olan Bon-çan gəzintini çox sevir. Asta yeridiyi üçün onun gəzintisi 2 saat çəkir. O, getdiyi bütün yolları yaxşı yadında saxlayır. Bəzən mən onun izi ilə düşərək gəzintiyə çıxıram", Mitani bildirib.

Mitani dəfn xidməti ilə məşğuldur. Onun yanına gələn insanlar kədərli olur, amma Bon-çanla ünsiyyət qurduqdan sonra mərhumun yaxınları gülümsəməyə başlayır. Mitani deyib: "Oğlumun insanlara gülüş bəxş etdiyi üçün onunla fəxr edirəm".

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR