Bilgi.az
Ən gülünc vergi növləri - SİYAHI
Tarixin müxtəlif dövrlərində hər bir ölkədə maraqlı və gülünc vergi növləri olub. Bu vergilərdən bəzilərinin siyahısı da hazırlanıb.
Publika.az tarixdə mövcud olan maraqlı vergi növlərini təqdim edir.
Məlum olduğu kimi, keçmiş zamanlarda kölgəyə, tualetə, qorxaqlığa, azadlığa görə vergi tələb olunub. Bu siyahıya gipsə və həyata görə vergi də daxildir.
XIV əsrdə İngiltərədə həyata görə vergi alınıb. Elə bu verginin sayəsində ölkədə üsyan baş qaldırdı.
Azadlığa görə vergi isə Qədim Roma dövründə tətbiq olunub. Vergini ilə yanaşı qul öz sahibinə və ya xilaskarına ödəməli idi. Bir sözlə, azad olmaq üçün insan öz sahibkarına pul ödəməklə yanaşı Roma hökumətinə də vergi verməli idi.
İngiltərədə daha maraqlı bir vergi mövcud olub: "Qorxaqlığa görə vergi". Söhbət XII əsrdən gedir və həmin dövrdə ingilislər qorxaqlığa görə pul ödəməli idi. Daha dəqiq desək, kralın şərəfinə keçirilən cəngavər yarışlarından boyun qaçıranlar krala pul verirdi.
Qədim Roma dövründə ayaqyoluna getməyə görə vergi alınarmış. Şəhər sakinləri ixtira olunmuş mərmərli ayaqyolundan istifadə etmək üçün dövlətə pul verməli idi.
Çar Rusiyasında isə saqqala görə vergi alınıb. Belə ki, çarın fikrincə saqqal rus boyarlarının Avropaya daha da yaxınlaşmasına əngəl törədir.
Başqırdıstanda xarici nikahları tənzimləmək üçün göz rənginə görə vergi alınıb. Məlum məsələdir ki, Başqırdıstanda yerli sakinlərin göz rəngi tünd-qaradır. Bu insanlar dövlətə az vergi verirdi. Gözləri yaşıl və ya boz rənglə doğulanlar daha çox vergi ödəyirdi. Başqırdıstanda ən çox vergi albinoslardan alınırdı.
SSRİ-də isə 1941-ci ildən sonra uşaqsız insanlardan vergi alınmağa başlandı. Bu pullar çoxuşaqlı ailələrə verilirdi.
1985-ci ildə spirtli içki içməyə görə vergi tətbiq olundu. Mixail Qorbaçov əyyaşlıqla mübarizə aparmaq üçün bu vergini qoymuşdu.
Nura
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO