Vücudundan 3 kq dəri kəsdilər - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Vücudundan 3 kq dəri kəsdilər - FOTOLAR

108 kq olan Molli Acnyu adlı İrlandiyalı qadın 10 ayda 45 kq arıqladıqdan sonra dərisi sallanıb.

108 kq olan Molli Acnyu adlı İrlandiyalı qadın 10 ayda 45 kq arıqladıqdan sonra dərisi sallanıb.

Publika.az “Daily Mail”-ə istinadən xəbər verir ki, qadın qısa müddətdə həddən artıq arıqlamağa nail olsa da, sallanmış dərisini heç cürə əvvəlki vəziyyətinə gətirə bilməyib. 24 yaşlı Molli sallanmış dərisini gizlətmək üçün yalnız dar və qapalı paltarlar geyinməyə məcbur olub. Molli problemin yeganə çıxış yolunu plastik əməliyyatda görüb. Cərrah qızın bədənindən 3 kq dəri kəsib çıxarıb.

Qadın bildirib ki, öz görkəmindən iyrəndiyi üçün əvvəllər sosial şəbəkədə şəkil paylaşmaq istəməyib. İndi isə özünü çox yaxşı hiss edir.

Bəs Molli necə arıqlayb?

Əvvəlki menyusu:

Səhər yeməyi yoxdur, günorta yeməyində sendviç və qazlı içkilər, axşam yeməyində makaron.

İndiki porsiyaları:

Səhər yeməkdə yulaf püresi, günorta və axşam yeməyində tərəvəz salat, eyni zamanda 2 litr su.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm