• USD 1,7022 0,00% EUR 1,8242 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0303 0,00%

Göyün 7-ci qatında buludlar körpüsü – İNANILMAZ FOTOLAR

Göyün 7-ci qatında buludlar körpüsü – İNANILMAZ FOTOLAR

Çində tikilən dünyanın ən yüksək və uzun şüşə körpüsünün görüntüləri görənləri heyrətə salır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ilk baxışda zərif görünən nadir konstruksiya 800 nəfərin ağırlığına davam gətirə bilir. Körpü Çjançizyanze Milli Parkında 370 metr hündürlükdə tikilib.

Dünyada ən uzun və hündür şüşəli körpü layihəsini İsrail memarlıq firması “Dotan Haim” işləyib. Dizaynerlərin sözlərinə görə, şüşə körpü orijinallığı sayəsində buludlarda axan gözəgörünməz yol kimi görünür. Uzunluğu 370 metr, hündürlüyü isə 6 metr olan körpünün əsasını polad burazlar və şüşə səthlər təşkil edir. Körpünün alt hissəsi üçqatlı xüsusi şüşədən hazırlanmış 99 döşəmədən ibarətdir.

Şüşə körpü artıq özlüyündə cəlbedici mənzərələr deməkdir. Lakin ixtiraçılar mərkəzi meydançada tullanmaq üçün asma konstruksiyalı əyləncə növü də yaratmaq qərarına gəliblər. Rezin kanat iləbu körpüdən tullanma meydançası dünyada ən hündürü olacaq.

Körpünün tikintisinə 4 milyon dollara yaxın pul xərclnib.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR