Arıqla, pul qazan - Yeni layihə - FOTOLAR - VİDEO
Bizi izləyin

Maraq dünyası

Arıqla, pul qazan - Yeni layihə - FOTOLAR - VİDEO

Çinin Xian şəhərində bir şirkət kollektivinə maraqlı layihə təklif edib.

Publika.az xəbər verir ki, şirkət rəhbəri Vang Xuebao artıq çəkili işçilərinin işə motivasiyasını, məhsuldarlığını artırmaq üçün maraqlı təklif irəli dürüb.

İşçilərinin sağlamlığını və məhsuldarlığını düşünən rəhbər iş vaxtının çoxunu masa arxasında keçirən işçilərə atdığı hər kiloqrama görə 100 yuan (25 azn) məbləğində pul mükafatı verir.

Günlərini hərəkətsiz keçirdikləri və sağlam qidalanmadıqları üçün artıq çəki alan işçi kollektivini xoşbəxt etməyə çalışan rəhbər bunun asan yolunu tapıb.

Çinin Səhiyyə Nazirliyindən verilən məlumata görə, sağlam qidalanma normalarına düzgün riayət olunmazsa, gələcəkdə, yəni 2030-ci ilə qədər hər 4 çinlidən 1-nin həddindən artıq kök olacağı proqnozlaşdırılıb.

Əlavə gəlir əldə etməyə çalışan işçilər sağlam qidalanmaya və mümkün olduqca idman zalına getməyə başlayıb.

Gənc qadın son iki ay ərzində 20 kilo çəki itirərək 2.000 yuan (500 AZN) qazanıb.

Beləliklə, şirkət kollektivi həm məhsuldar, həm də daha sağlam həyat sürür.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm