Allahın möcüzəsi - BAL ARISI
Bizi izləyin

Maraq dünyası

Allahın möcüzəsi - BAL ARISI

Dünyada 20 mindən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. 80 min arı bir qovanda koloniya halında yaşaya bilir.

Arılar içərisində ən geniş yayılmış arı növü bal arısıdır. Arılar insanlar kimi təlim keçməsələr də, onlar koloniya halında yaşadıqları zaman hər biri öz vəzifəsini layiqincə yerinə yetirir. Arılar gördükləri işdən heç bir mənfəət güdmürlər. İnsanların işçi qüvvəsi olaraq müəyyən iş saatı, tətil hüququ olduğu halda, arılar ömür boyu dayanmadan çalışır. Bəs bu qədər enerji bu canlılarda necə toplanır.

Publika.az sizə arılar və onların həyatı haqqında maraqlı faktları təqdim edir:

1. Pətəkdə təmizlik

Arılar pətəklərin təmizliyinə xüsusi diqqət göstərirlər. İnsan sağlamlığını qoruduğu kimi, arılar da pətəyin təmizliyini sürfələrin sağlamlığı baxımından çox qoruyurlar. Arılar pətəkdə lazımsız olan hər şeyi çölə daşıyırlar. Kənardan pətəyə daxil olan iri həcmli böcəkləri, qurdları isə xüsusi maddə ifrazı ilə öldürürlər. Arıların fiziki quruluşu onlara istənilən çiçəkdə tozlanmaya imkan verir. Diqqət yetirsək, burada çox maraqlı incəliklər var. Arılar ölən böcəklərin çürüyəcəyini bildikləri üçün, onları xüsusi ifraz edilən "propolis" maddəsi ilə mumiyalayırlar. Bunun səbəbi isə çürüyən böcəklərə bakteriyanın düşməməsidir.

Arıların çox effektiv üsulları var. Belə ki, onlar seçdikləri çiçəklərdən xüsusi nektar toplamaq üçün ağız kanalından istifadə edirlər. Xortumunu bitkinin çiçək tacına (çənbərinə) salan arılar nektarı çəkərək orqanizmdə xüsusi maddə vasitəsilə mədəciyə ötürərək bal əldə edirlər. Elmi araşdırmalarda arıların bal əldə etmə prosesi olduqca maraqlı təsvir edilir. Arı pətəklərinin əsas inşaat vəsaiti arı şanıdır. Arılar arı şanını qarınlarının alt hissəsində yerləşən 4 cüt ifrazat vəzindən ifraz edirlər. Arı şanı hazırlamaq üçün çox enerji və istilik tələb olunur. Bu səbəbdən arılar 1 kq arı şanını hazırlamaq üçün təxminən 22 kq baldan istifadə edirlər. Lazım olan temperaturu qorumaq üçün isə arılar yumaq halında bir-birilə sıx bağlılıq yaradır ki, minimum 35 dərəcə istilik yaransın. Ortalama bir arı pətəyinin tərkibində 100 kiloqrama qədər bal yığmaq olur. Ağırlığı 40 qr olan bu pətək təxminən 2 kq bal saxlaya bilir. Yay aylarında 30-40 min, qış aylarında isə 60-80 min arı birlikdə koloniya halında yaşaya bilir.

2. Baxıcı arılar və Başçı arılar

Kiçik arılar başçı arılardan fərqli olaraq sürfələrin qorunmasına baxırlar. Onların əsas işi sürfələrin qayğısına qalmaq, bəzilərini arı südü ilə, bəzisini isə bal və çiçək tozcuqlarının qarışığı ilə qidalandırırlar. Başçı arılar isə koloniyanın idarəçiliyini üstlənir. Onlar əsasən erkək arılardan seçilir. Erkək arının yumurtadan çıxmasından tam inkişafına qədər olan dövr 24 gün çəkir. Erkək arı ana arı ilə cütləşən zaman onun tənasül aparatı və daxili orqanlarında bir hissəsi qırılıb ana arının tənəsül orqanında qaldığı üçün erkək arı cütləşmədən 3-4 saat sonra ölür. Ana arıdan yaranan arılar arasında erkək arılar bir-birini əvəz edərək başçılıq edirlər.

3. Pətək memarları

10-cu gündən etibarən işçi arılar pətək hazırlamağa başlayır. İşçi arılar artıq bal mumu ilə pətək quran inşaat işçilərinə çevrilirlər. Ümumiyyətlə uzunmüddətli uçuş ana arı ücün təhlükəlidir. Ana arılar pətəkdən kənarda, açıq havada mayalandığı üçün onlar müxtəlif həşərat yeyən canlıların hücuma məruz qalırlar. Ya da güclü külək onların qanadlarının qırılmasına gətirib çıxarır. Beləliklə də işçi arıların sayı azalmış olur.

4. Gözətçi arılar

20-ci gündən sonra arıların bədənində yenə dəyişiklik baş verir və zəhər ifrazı başlayır. Bu zaman arılar gözətçi kimi pətəyin ətrafına düzülərək onları həşəratların, böcəklərin hücumundan qoruyurlar. Xarici görünüşdən arılar bir-birlərinə çox bənzəyirlər. Bu bənzərliyə baxmayaraq, pətəyə daxil olmaq istəyən yad arılar, gözətçi arıları uzaqdan tanıyır və dərhal pətəyin ətrafından uzaqlaşır. Hər bir arı koloniyasındakı 60-80 min arı ana arıdan bəsləndiyi üçün, eyni pətəkdə yaşayan minlərlə arılar ana arıdan qidalandıqları maddə vasitəsilə bir-birini rahatca tanıya bilir.

5. Çiçək tozu toplayan arılar

Ümumiyyətlə arı ailəsi 3 qrupa bölünür:

Ana arı

Erkək arı

Dişi və ya işçi arı.

İşçi arıların ömrü yayda 40, qışda isə 90 gün olur. Arılar ölümlərinə cəmi bir neçə həftə qalmış çiçəkləri araşdıraraq nektar toplamağa həsr edirlər. Ana arılar bütün ömrü boyu dayanmadan yumurta qoyaraq pətək hazırlamaq üçün işçi arılar dünyaya gətirir. Bu səbəbdən də onların bütün ehtiyacları qarşılanır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm