Maraq dünyası
NASA-nın Marsda çəkdiyi “qəzəbli yadplanetli başı” - FOTO
Tanınmış ufoloq Skott Uorinq NASA-nın paylaşdığı Mars şəkillərindən birində nəhəng “qəzəbli yadplanetli başı” tapdığını iddia edib.
Teleqraf.com xəbər verir ki, sözügedən fotonu ABŞ Milli Kosmik Agentliyinin (NASA) “Mars Qlobal Surveyor" tədqiqat stansiyası 26 yanvar 2004-cü ildə Qırmızı Planetin qərb yarımkürəsində Xris düzənliyini qeydə alarkən çəkib.
Hətta NASA işçiləri də bu obyektin şübhəli böyük insektoid yadplanetlinin başına bənzədiyini yazsalar da, ufologlar bu kəşfə diqqət yetirməyib.
Uorinq isə iddia edildiyi kimi, bunun krater deyil, yadplanetli - "yaşıl adam" üzlü qədim heykəltaraşlıq nümunəsi olduğunu iddia edib.
Ufologun hesablamalarına görə, tapılan obyektin «baş» diametri təxminən 400 metr və hər bir gözün uzunluğu isə 250 metrdir. Tədqiqatçı amerikalıların bu obyekt haqqında həqiqətləri yaxşı bildiklərini vurğulayıb. Çünki onlar öz rəsmi saytlarında belə bu obyekti "Xris yadplanetlisi" kimi qeyd ediblər.
Amma skeptiklər 1976-cı ildə Vikinq-1 kosmik aparatı vasitəsi ilə Qırmızı Planetdə çəkilən "Marsın üzü" adlanan pareydolik illüziyanı yada salaraq tapıntını şübhə iləqarşılayıblar.
Xarırladaq ki, o zaman bir çoxları alınan fotolardan birindəki görüntünü Qırmızı planetin səthində baş şəklində böyük bir heykəl hesab etsə də, sonradan bunun qeyri-adi görünüşlü təpə olduğu üzə çıxmışdı.
“Amma bu o demək deyil ki, "Yadplanetli Xris" də yadplanetli və ya marslılar tərəfindən düzəldilməyib və sadəcə, təbiət hadisəsidir”, - deyə, Uorinq qeyd edib.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO