Hitlerin əmanəti satıldı: "Bütün zamanların ən dağıdıcı silahı"
Bizi izləyin

Tarix

Hitlerin əmanəti satıldı: "Bütün zamanların ən dağıdıcı silahı"

Əmanət 1945-ci ildə sovet əsgərləri tərəfindən Hitlerin gizləndiyi bunkerdə tapılıb.

Nasist lideri Hitlerin telefonu 240 min dollara satılıb.

Hərracın sonunda telefonun satıldığı şəxsin adı açıqlanmayıb.

Satışı təşkil edən “Alexander Historical Auctions” hərrac evində ümid edirlər ki, telefonun yeni sahibi onu muzeyə təhvil verəcək.

İkinci Dünya Müharibəsində məhz bu telefon vasitəsilə Hitler bir çox tapşırıqları verib.

Telefon 1945-ci ildə sovet əsgərləri tərəfindən Hitlerin gizləndiyi bunkerdə tapılıb. Daha sonra telefon britaniyalı əsgərə hədiyyə verilib. Hərbçi telefonu 70 il evində saxlayıb.

Telefon "bütün zamanların ən dağıdıcı silahı" adlandırılır. (cebhe.info)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm