Putin Merkelə zəmanət verdi – VİDEO
Bizi izləyin

MDB

Putin Merkelə zəmanət verdi – VİDEO

Almaniya Ukraynanın ərazisi ilə təbii qazın tranzitinin saxlanılmasına ehtiyac olduğuna əmindir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Almaniyanın kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O həmçinin Ukraynanın ərazisi vasitəsilə qazın tranzitinin saxlanılmasının zəmanətləri üzərində düşünməyi təklif edib. Kansler həmçinin bildirib ki, Donbas münaqişəsinin həlli üzrə yaradılan “Normandiya dördlüyü”nün (Almaniya, Rusiya, Ukrayna və Fransa) xarici işlər nazirləri ölkə liderlərinin görüşünə hazırlıq görməyə başlayıblar.

Putin isə “Şimal axını-2” qaz kəməri layihəsini təmiz iqtisadi layihə adlandırıb və bildirib ki, onun reallaşdırılması Rusiya qazının Ukrayna vasitəsilə tranzitinin dayandırılmasını nəzərdə tutmur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm