Mədəniyyət
Bakıda beynəlxalq caz festivalı keçiriləcək
Oktyabrın sonu noyabrın əvvəllərində Bakıda beynəlxalq caz festivalı keçiriləcək. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının simfonik estrada orkestri festivalda möhtəşəm musiqi proqramı ilə çıxış edəcək. Musiqi kollektivi indidən hazırlıq məşqlərinə başlayıb.
Teatrın simfonik estrada orkestrinin bədii rəhbəri, əməkdar incəsənət xadimi Salman Qəmbərov bildirib ki, festivalda Azərbaycan və xarici bəstəkarların musiqi əsərləri yeni təqdimatda səslənəcək.
Beynəlxalq musiqi layihəsi çərçivəsində keçiriləcək festivalda Almaniya, Ukrayna və Gürcüstandan dəvət edilmiş zərb alətləri, saksofon və kontrabas ifaçıları ilə birlikdə Salman Qəmbərov da pianinoda çıxış edəcək. Əməkdar incəsənət xadiminin təqdim edəcəyi musiqi nömrəsi Gürcüstan səssiz filmi- "Mənim nənəm"ə improvizədir.
Qeyd edək ki, Salman Qəmbərov 1930-cu ildə çəkilmiş "Lətif" səssiz filminə də musiqi improvizə edib.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO