Mədəniyyət
Salman Qəmbərov beynəlxalq festivalda çıxış edəcək
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının simfonik–estrada orkestrinin bədii rəhbəri, əməkdar incəsənət xadimi Salman Qəmbərov Niderlandın paytaxtı Amsterdamda keçiriləcək "Bimhuis Morgenland" musiqi festivalına dəvət alıb.
İyulun 16-dan 18–dək keçiriləcək musiqi festivalında musiqiçilər dünya bəstəkarlarının müxtəlif əsərlərindən ibarət kompozisiya nömrələri ilə çıxış edəcəklər.
Festivalda həmyerlimizi Türkiyədən olan vokal ifaçısı Aynur Doğan, kamançada Kayhan Kalhor, tənburda Cəmil Qoçgiri (İran) müşayiət edəcək. Festival çərçivəsində bir sıra türk xalq musiqilərinin də ifa ediləcəyi gözlənilir. Bundan əlavə, sənətkar almaniyalı pianoçu Florian Veberlə duet səsləndirəcək. Festivalın "Morgenland All Stor Bend" adlı üçüncü hissəsində Salman Qəmbərov özünün "Dastan" kompozisiyasını ifa edəcək.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?