Mədəniyyət
Xalça Muzeyində araşdırmalar başladı
Mədəniyyət və Turizm Nazirliyi mətbuatda Xalça Muzeyi barədə yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb.
Bunu Trend-ə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.
Onun sözlərinə görə, sözügedən məsələ qurum rəhbərliyinin diqqətindədir: “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan araşdırmalardan sonra nəticələr barədə ətraflı məlumat veriləcək. Hələ ki, araşdırmalar gedir. Çox güman ki, nəticələr yaxın zamanlarda bəlli olacaq”.
Xatırladaq ki, bir neçə gün əvvəl bəzi saytlar yazmışdı ki, Xalça Muzeyinin direktoru Röya Tağıyevanın istədiyi şəxsləri işə götürüb onlara hər cür şərait yaratmasına kollektivin bəzi üzvləri etiraz edir. Qeyd olunurdu ki, 100-ə yaxın işçi faktiki işə çıxmır. Onların maaş kartları da direktordadır. Buna görə də onlar aylarla işə gəlmir, “ölü can”ların öhdəsinə düşən iş yükü də hər gün işə çıxan işçilərin üzərinə qoyulur. Bu da haqlı narazılıq yaradıb.
Məlumatda bildirilirdi ki, ötən əsrin 60-70-ci illərindən muzeydə çalışan, hər xalçanın tarixini, qədrini bilən işçilərin sıxışdırılması muzeydəki “xalçaaltı məsələlər”in də üzə çıxmasına səbəb olub. Muzeyin direktor müavini olan xanım baş verənlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək araşdırma aparılmasını istəyib.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu