Nəqliyyat
Metroda mühüm YENİLİK - FOTO
Metronun istismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçilərək daha da yaxşılaşdırılacaq. Bu məqsədlə artıq qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılıb.
“Bakı Metropoliteni” QSC-dən Publika.az-a verilən məlumatda bildirilir ki, hərəkətin təşkilində, nizamlanmasında və bununla hərəkətin təhlükəsizliyinin təmin edilməsində elektrik qatarı maşinisti ilə dispetçerin əlaqəsi mühüm əhəmiyyət kəsb edir.
“Qatar dispetçeri metropoliten xəttində sərnişin qatarlarının
hərəkətinə rəhbərlik edir, qatarların hərəkət qrafikinin yerinə
yetirilməsinə cavabdehlik daşıyır. Məhz onun qərarı və verdiyi
göstərişlər sayəsində qatarların nizamlı hərəkəti təmin edilir.
Qatarların maşinist kabinasında quraşdırılan yeni RVS tipli
radiostansiyalar, səs gücləndiricilər və radioinformatorlar 1978-ci
ildən istismarda olan əvvəlki analoqları ilə müqayisədə keyfiyyəti
və yüksək standartlara cavab verməsi ilə seçilir.
Hazırda əvəzlənməkdə olan RTM tipli radiostansiyaların istismardan
çıxarılmasına zərurət onların istehsalının dayandırılması, ehtiyat
hissələrinin tapılmamasıdır. Bu isə avadanlığa qulluğun hədsiz
dərəcədə çətinləşməsinə gətirib çıxarıb. Ən əsası, dispetçerlə
əlaqənin keyfiyyətinin də xeyli aşağı düşməsinə səbəb olub.
Yeni avadanlıq yığcamlığı, sadəliyi və qulluğunun asanlığı ilə
seçilir. Onların quraşdırılması, sazlanması da çox vaxt tələb
etmir. O, çoxkanallı olduğu üçün əlaqəni daha çeşidli və geniş
şəkildə təmin etməyə imkan verir. Artıq yeni radiostansiya
vasitəsilə maşinistlər dispetçerlə yanaşı, digər kanallardan
birindən istifadə etməklə xətti məntəqədə təlimatçı-maşinistlə də
müstəqil və daha rahat ünsiyyət qura bilirlər. Onu da əlavə edək
ki, qatarların hərəkəti zamanı təlimatçılar qatar maşinistinin
işinə nəzarət edir, onu yönəldir və müxtəlif vəziyyətlərdə ona
kömək edirlər. Gələcəkdə xidməti tələbat yaranarsa, yeni
radiostansiyanın digər kanallarından da istifadə edilməsi mümkün
olacaq”.
Məlumatda bildirilir ki, bu avadanlıq qatarın hər iki başında
maşinist kabinasında və onun idarəetmə şkafında quraşdırılır.
Quraşdırma başa çatdıqdan sonra qatarlar yeni rabitə formatı ilə
sınaqdan çıxarılaraq xəttə buraxılır.
İlkin olaraq, 52 belə radiostansiyanın quraşdırılmasına başlanılıb.
Mərhələli şəkildə təmirə dayanan qatarların hər birində yeni
sistemin quraşdırılması davam edəcək.
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO