Avtomobil yollarına yarım milyonluq ZİYAN VURULDU
Bizi izləyin

Nəqliyyat

Avtomobil yollarına yarım milyonluq ZİYAN VURULDU

Bu ilin 9 ayı ərzində respublikanın avtomobil yollarına 504.6 min manat ziyan dəyib.

Publika.az xəbər verir ki, bu barədə “Azəravtoyol”ASC-nin 9 aylıq hesabatında qeyd olunur.

Hesabatda bildirilir ki, bu dövr ərzində respublika və Bakı şəhər yollarında 403 nəqliyyat hadisəsi baş verib. nəticədə 5921 pm əyrixətli tirlər, 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb.

“mumilikdə yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib, bundan da 285,3 min manatı ödənilib (56,5%), o cümlədən respublika üzrə 235,8 min manat ödənilib ( dəymiş ziyanın 59,1%), Bakı şəhəri üzrə 49,5 min manat ödənilməsi təmin olunub ( dəymiş ziyanın 46,7 %).

Bu dövr ərzində Bakı şəhərində və respublikanın avtomobil yollarında 2150 ədəd yol nişanları, 825 ədəd məlumatverici lövhə, 10 948 ədəd siqnal dirəkləri, 826 ədəd siqnal bayraqları, 10 090 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 513,5 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm