Nəqliyyat
Bakıda yolların ətrafındakı bu tikililər SÖKÜLƏ BİLƏR - RƏSMİ
Bakı, Bakıətrafı qəsəbə və kəndlərə elektrik qatarlarının istifadəyə verilməsi ilə əlaqədar artıq Sabunçu stansiyasında təmir işlərinə başlanılıb. Təmir işləri ərazidə yaşayan sakinlərin köçürülməsi məsələsini gündəmə gətirib.
Məsələ ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, tikintiyə maneə olan tikililərin sökülməsinə baxıla bilər:
“Təmir işləri çərçivəsində yolların və stansiyada yoldəyişənlərin yenilənməsi, dəmir yolu keçidlərinin (avtomobil yolu ilə kəsişmə) yenidənqurulması, lazımi yerlərdə yerüstü və yeraltı keçidlərin inşası (piyadalar üçün), yolun ətrafının hasarlanması, elektrik təchizatı və işarəvermə ilə rabitənin gücləndirilməsi, stansiyada binaların və platformaların (o cümlədən stansiya olmayan dayanacaqlarda) yenidənqurulması nəzərdə tutulub. Ərazidəki tikinti və digər obyektlər prosesə maneə olub-olmaması ilə bağlı məsələ araşdırılır”.
Qeyd edək ki, fevralın 1-dən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı-Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib. Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər sonlandırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.
İşlər başa çatandan sonra Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.
Gülxar
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO