Bakının mərkəzindəki bu yol bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
Bizi izləyin

Nəqliyyat

Bakının mərkəzindəki bu yol bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Paytaxtın Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkətlərinin məhdudlaşdırılmasına səbəb həmin ərazidə aparılan təmir işləridir. Məhdudlaşma təmir işləri tamamilə yekunlaşdırılana qədər qüvvədə olacaq.

Belə ki, Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (Əhmədli metrostansiyası) Babək prospektinədək olan yolda 24 fevral tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Həmin küçənin digər istiqamətində Babək prospektindən Əhmədli metrostansiyasına gedən yolda isə heç bir məhdudiyyət olmayacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu barədə sürücülərə xəbərdarlıq edir. Bildirilir ki, həmin istiqamət üzrə yolda sıxlıq yaratmamaq məqsədilə əvvəlcədən qeyd olunan alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm