Nəqliyyat
“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv ediləcək
“Koroğlu” metrostansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılması işləri həyata keçirilir.
“Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq. Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilir.
Sərnişinlərdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələri və “Koroğlu” metrostansiyasından çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələri xahiş olunur
Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləğv ediləcək.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu