Nida.az
Almaniyalı deputat Azərbaycana görə Bundestaqı sərt tənqid etdi
Almaniyanın hakim Xristian Demokratlar Partiyasının üzvü, Bundestaqın iqtisadiyyat və energetika üzrə komitəsinin daimi üzvü Mark Hauptman bu yaxınlarda Bundestaqda Azərbaycanla bağlı qəbul olunan qətnaməni tənqid edib.
Publika.az xəbər verir ki, almaniyalı deputat
Azərbaycanın Berlindəki səfiri Pərviz Şahbazova ünvanlandığı
məktubda Almaniya-Azərbaycan münasibətləri haqda fikirlərini
bölüşüb: “Mən Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı
Bundestaqda qəbul olunan qətnaməni qəbul etmirəm. Bu, bizim
ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafına xeyir
gətirmir. Həmçinin Almaniyanın iqtisadiyyat naziri Ziqmar
Qabriyelin Azərbaycana səfərinin təxirə salınmasından son dərəcə
məyusam”.
H. Hauptman iqtisadiyyat nazirini öz qərarını təkrar gözdən
keçirməyə çağırıb.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatda, siyasətdə,
mədəniyyət və təhlükəsizlik sahəsində Almaniya üçün vacib və
maraqlı partnyordur: “Ölkənin dinamik inkişafı yalnız vətəndaşlar
üçün deyil, orada fəaliyyət göstərən alman firmaları üçün də yaxşı
şərait yaradıb. TAP və TANAP layihələrinin ardıcıl inkişafı
Azərbaycanın Qərbə inteqrasiyasına şahidlik edir. Bu layihələr
Avropaya enerji resurslarının çatdırılması mənbələrini
difersifikasiya etməyə imkan verəcək. Bu layihələr təkcə iqtisadi
baxımından əhəmiyyətli deyil, eyni zamanda avropalıların
təhlükəsizliyi üçün də vacibdir”.
M. Hauptman Azərbaycanın innovasiya layihələrini reallaşdırdığını,
ASAN xidmət brendini yaratdığını diqqətə çatdırıb. O, Bakıda bütün
bunlarla tanış olduğunu vurğulayıb.
“Nazirliklər və dövlət agentlərinin vətəndaşlara xidmətlərini
mərkəzləşdirən ASAN xidmət təcrübəsi Almaniya üçün də böyük maraq
doğura bilər”, - deyə o bildirib.
Bundestaq üzvü Azərbaycanda müxtəlif etnik və dini qrupların sülh
və ahəngdar şəkildə bir yerdə yaşadığını deyib: “Bu, nümunə hesab
oluna bilər. Azərbaycanda baş çəkdiyim məscidlərdə müasir, açıq və
sülhsevər İslamla tanış oldum. Azərbaycanda sinaqoqların birinin
ravvini ilə də söhbət etdim. Dini azlıqlar ölkənin həyatında aktiv
rol oynayır. Hesab etmək olar ki, güclü və vahid cəmiyyətə malik
olan Azərbaycan regional liderdir”.
İkitərəfli münasibətlərdə bəzi ziddiyyətlərin yaşanmasına
baxmayaraq, M. Hauptman azərbaycanlı həmkarlarını Almaniyaya səfərə
dəvət edib.
Asif Nərimanlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi