Bahar Muradova ATƏT PA-da Dilqəm və Şahbazdan danışdı
Bizi izləyin

Nida.az

Bahar Muradova ATƏT PA-da Dilqəm və Şahbazdan danışdı

“Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi Ermənistan tərəfindən dövlət səviyyəsində azərbaycanlılara qarşı dözümsüzlük siyasətinin aparılmasının sübutudur”.

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın növbəti sessiyasında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, həmin şəxslər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında öz valideynlərinin qəbirlərini ziyarət etmək hüququndan istifadə edərkən girov götürülüb: “Bu gün Azərbaycan vətəndaşı olmuş Ermənistan prezidenti “qəhrəmanlaşdırılır”. Bu cür “qəhrəmanlıq” onun ötən əsrin 90-cı illərində insanlığa qarşı cinayətlərində, o cümlədən Xocalıda qırğınlar törətməsində özünü göstərib. O, cinayət məsuliyyətindən qaçıb və Ermənistandan sığınacaq alıb”.

B.Muradova bildirib ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın qaçqınların qovulduğu ərazilərə, o cümlədən Zəngəzur və İrəvana qayıtması ideyasına qarşı qıcıqlanması etnik təmizləmə təbliğatı ilə eyni mahiyyət daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm