Nida.az
Xalid Kazımlı məsləhətləşdi və qərar verdi: Müsavatdan gedir
“Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlunun Müsavat partiyasının sıralarından gedəcəyi ilə bağlı anonsundan sonra qəzetin digər əməkdaşları da analoji addım atacaqları barədə qərar qəbul ediblər.
AzNews.az-a daxil olan məlumata görə, bu addımı
ilk olaraq tanınmış jurnalist, müsavat.com saytının baş redaktoru
Xalid Kazımlı atacaq. O, uzun illərdir partiyanın mətbuatdakı əsas
fiqurlarından biri hesab olunurdu, lakin Arif Hacılı başqan
seçiləndən sonra aparılan “təmizləmə” işlərinə istər sosial
şəbəkələrdə, istərsə də köşə yazılarında etirazını bildirirdi.
Jurnalist AzNews.az-a partiya fəaliyyətini
dondurmaq istədiyini etiraf edib. Bildirib ki, bir neçə ay öncə
partiyadakı siyasi fəaliyyətini dondurmaq qərarına gəlib: “Bu,
partiyadan çıxmaq, istefa vermək anlamına gəlməsə də, söz-söhbətə
səbəb olacaqdı deyə məsləhət olmadı. Rauf bəylə məsləhətləşdik ki,
daha uyğun zamana qədər belə addım atmayım”.
Onun fikrincə, partiyadan ayrılmaq üçün uyğun zamana ehtiyac var:
“Ancaq indi Rauf Arifoğlu bu addımı atmaqda qərarlı və
israrlıdırsa, onda gərək mən daha uyğun zamanı gözləyim. Yoxsa bu,
kampaniya səciyyəsi daşıyar, doğma, əziz partiyamıza zərbə
olar”.
Qeyd edək ki, Rauf Arifoğlu mətbuata açıqlamasında müsavatçı
jurnalistlərin partiyada fəaliyyətlərini davam etdirib-etdirməməsi
ilə bağlı suala belə cavab verib: “Özləri bilərlər. Mən bir neçə ay
öncə onlara “qalın” deyə xahiş etdim, çünki təşkilatda vəziyyət
fərqli idi. İndisə kimsəyə “gedin” deməyəcəyəm. Hər kəs özü qərar
verəcək”.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi