DİN-dən Tovuzdakı partlayışla bağlı - AÇIQLAMA
Bizi izləyin

Nida.az

DİN-dən Tovuzdakı partlayışla bağlı - AÇIQLAMA

Tovuz rayonunda partlayış baş verib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində olub.

Kəndə yaşayan İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən onun qonağı, Bakı şəhər sakini Tuncay Xanbabayevin tapdığı iriçaplı patron partlayıb.

Tuncay Xanbabayev, bacısı Nərmin və qohumu Dürdanə Nağıyeva xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, 12 yaşlı Nərmin və 8 yaşlı Tuncay Xanbabayevlər Bakıdan Əlibəyli kəndinə qonaq gediblərmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm