Kənd təsərrüfatı malları istehsalçılarına yeni güzəştlər – Nazirlər Kabineti qərar verdi
Bizi izləyin

Nida.az

Kənd təsərrüfatı malları istehsalçılarına yeni güzəştlər – Nazirlər Kabineti qərar verdi

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına yeni güzəşt tətbiq olunacaq.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərar imzalayıb.

Dəyişikliklərdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin qiymətinə 70 faiz həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə 80 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulur.

Qərarda həmçinin göstərilir ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi və istehsalçılara satılmış mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin dövlət büdcəsinin vəsaiti hesabına satıcılara ödənilməsi qaydası bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Qaydalarda istehsalçılara mineral gübrələrin güzəştlə satılması üçün əsas meyar onların mülkiyyətində, icarəsində və ya istifadəsində olan və gübrə veriləcək genetik modifikasiya olunmamış bitkilərin və çoxillik əkmələrin becərildiyi 1 (bir) hektar torpaq sahəsi götürülür. Satıcı tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına 70 faiz həcmində güzəşt tətbiq olunur və bu güzəştin məbləğinin yuxarı həddi hər hektara görə 80 manat müəyyən edilir.

Mineral gübrələrin satış qiymətinə bu qaydalarda nəzərdə tutulmuş güzəşt istehsalçıların mülkiyyətində, icarəsində və ya istifadəsində olan və mövcud qanunvericiliklə əkin məqsədi üçün istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan təkrar (aralıq) əkinlərə də şamil edilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm