Nida.az
“Qaz müharibələri” məhkəmə salonlarına keçir – Davudoğlu məsuliyyətə cəlb oluna bilər?
Avropa qaz bazarı uğrunda davam edən müharibə artıq məhkəmə müstəvisinə qədəm qoyur.
Publika.az xəbər verir ki, Avstriyanın OMV şirkəti “Nabukko” qaz
kəmərinin tikintisinin ləğvinə görə Türkiyəni məhkəməyə verməyi
düşünür.
Avstriyanın “Format” nəşrinin yazdığına görə, OMV-nin bununla bağlı
yaydığı bəyanatda Türkiyəni və Baş nazir Əhməd Davudoğlunun
məsuliyyətə cəlb olunması üçün Dünya Bankının arbitraj məhkəməsinə
müraciət edəcəyi deyilir.
Şirkət “Türk axını” layihəsində Rusiya ilə anlaşan Türkiyənin
“Nabukko” layihəsinin arxivə göndərilməsində əsas günahkar olduğunu
iddia edir və zərərlərin qarşılanlamasını tələb edir.
Qeyd edək ki, Azərbaycan və Orta Asiyanın qaz ehtiyatlarını Avropa
bazarına çıxaracaq “Nabukko” layihəsindən bahalı və siyasi
səmərəsiz olduğu üçün Türkiyə və Azərbaycan tərəfindən imtina
olunub. Daha sonra Bakının əsas müəllifi olduğu Cənub Qaz Dəhlizi
layihəsi gündəmə gəlib. Hazırda bu layihənin əsas hissəsi olan
TANAP kəmərində tikinti işləri davam etdirilir. Bu layihə ilkin
mərhələdə Azərbaycan qazını, daha sonra isə Türkmənistan qazını
Avropa bazarına çıxaracaq. Buna alternativ olaraq, Rusiya “Türk
axını” layihəsini irəli sürdü və Ankara ilə razılaşdı. Lakin
hazırda “Türk axını” layihəsi dalana dirənib. Ümumilikdə, Avropa
bazarı uğrunda ABŞ və Rusiya arasında “qaz müharibəsi” gedir. Belə
bir məqamda Avstriya şirkətinin Türkiyəni məhkəməyə verməsi də
diqqət çəkən məqamdır.
Asif Nərimanlı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ