• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıdan Avropa Parlamentinə iki şok MƏKTUB

  • Nida.az
  • 11 Sentyabr 2015 18:35
  • 1 381 Baxış
Bakıdan Avropa Parlamentinə iki şok MƏKTUB

Avropa Parlamenti sentyabrın 10-da Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli qətnamə qəbul etdi. Səsvermə zamanı deputatların 365 nəfəri qətnamənin lehinə, 202 nəfəri əleyhinə səs verdi, 72 nəfəri isə bitərəf qaldı. Bu isə faktiki olaraq qətnaməyə etiraza dəlalət edirdi, çünki 365 AP deputatı təcili qətnamənin lehinə səs versə də, 274 deputat bu qətnaməni dəstəkləmədi. Səsvermənin nəticələri Azərbaycana münasibətdə AP deputatları arasında ciddi fikir ayrılığının olduğunu təsdiq etdi.

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Azərbaycan ilə dostluq və əməkdaşlığı dəstəkləyərək qətnamənin əleyhinə səs vermiş AP üzvlərinə, həmçinin anti-Azərbaycan kampaniyanı dəstəkləyərək, qətnamənin lehinə səs vermiş AP üzvlərinə ayrı-ayrılıqda 2 məktub göndərib.


Publika.az məsələnin aktuallığını nəzərə alaraq hər iki məktubu təqdim edir.


“Azərbaycan ilə dostluq və əməkdaşlığı dəstəkləyən Avropa Parlamenti üzvlərinin nəzərinə.

Görünür ki, bir daha böhtan həqiqətə, yalanlar isə əməkdaşlığa üstün gəlib və təəssüf ki, Avropa Parlamenti təcili olaraq Azərbaycana qarşı daha bir qərəzli qətnamə qəbul etdi. Bununla belə, problemlər və böhranı aradan qaldırmağın yeganə yolunun əsassız hücumlar deyil, əməkdaşlıq və dialoq olmasını anlayan sizin kimi bir çox Avropa Parlamenti üzvünün olması bizi ruhlandırır.
Azərbaycana qarşı görünməmiş yanlış məlumatlandırma kampaniyasında mövqeyiniz üçün, ölkəmiz və Avropanın müqəddəratının bir-biri ilə dostluqla bağlı olduğunu anladığınız üçün, sizə ürəkdən təşəkkür etmək istərdik! Düşünürük ki, bu məsələ ilə bağlı doğru mövqe seçmisiniz və bunu dəyərləndiririk.


Avropa Parlamenti daxilində aydın anti-Azərbaycan qərəzi olduğuna baxmayaraq, hələ də həqiqətə və sağlam düşüncəyə maraq göstərən şəxslərin olmasını uğurla nümayiş etdirirsiniz. Sizin mövqeyiniz hər iki tərəfə yalnız fayda gətirə bilər. Azərbaycan dinamik gəncliyi olan, müasir düşüncəli, güclü, çiçəklənən ölkədir. Onun vətəndaşları azad, qanunları güclüdür və hakimiyyət də daxil olmaqla, hər kəs tərəfindən qanunlara hörmət edilir. Məhkəmə sistemi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Sənəti və ya siyasi mənsubluğundan asılı olamyaraq, hər hansı bir vətəndaş qanunları pozduğu halda, müvafiq olaraq cəzalandırılır.

Ölkədə problemlərin olması fikri doğrudur. 23 il silahlı təcavüzdən əziyyət çəkməsi, xeyli sayda qaçqınların olması, çox mürəkkəb regionda yerləşməsi Azərbaycanda çətin vəziyətin yaranmasına səbəb olub. Bizim həqiqətən də sizin əməkdaşlıq və yardımınıza ehtiyacımız var. Bizim daha yaxşı ticarət tərəfdaşlıqlarına, təqaüdlərə, mədəni əməkdaşlığa və erməni işğalı ilə bağlı məsələlərdə dəstəyinizə ehtiyacımız var. Ümumi məsələlərin həlli üçün sizinlə Avronest də daxil olmaqla, müxtəlif çərçivələrdə çalışmağa hazırıq.

Son qətnamə kimi hadisələrdən sonra sizə müraciət etmək istərdik. Bizə qarşı tez-tez baş verən belə böhtan və ittihamlarla qarşılaşdığınız zaman məsələni aydınlaşdırmaq üçün bizə müraciət etməkdən çəkinməyin. Biz sizi Azərbaycan reallıqları ilə bağlı bütün mümkün məlumatlarla təmin etməkdə hər zaman maraqlı olacağıq. Yalnız belə açıq və səmimi dialoq vasitəsilə biz, Avropada bəzi siyasətçilərin bizə qarşı tətbiq etmək istədiyi uzaqlaşdırma siyasətindən yayına bilərik. Xahiş edirəm dostluğumuzun davamlı olacağına əmin olun!”

E. Süleymanov Avropa Parlamentinin deputatları Marietye Şaakeyə,

Ulrike Lunaçekə və qurumun digər üzvlərinə ünvanlandığı etiraz məktubunda yazıb: “Siz bir daha və sağlam düşüncəyə zidd olaraq, qurumunuzun plenar iclası vasitəsilə Azərbaycana, Aİ-Azərbaycan əlaqələrinə, sonda, qoruduğunuzu iddia etdiyiniz Aİ vətəndaşlarının maraqlarına qarşı böhtanlı və aqressiv hücuma müvəffəq oldunuz. Reallığı danaraq, yarı-həqiqətdən, dezinformasiyadan istifadə edərək və uydurma və yalanlara istinad edərək, sənədi ittihamlarla doldurdunuz. Çox güman, ümid edirdiniz ki, bu sənəd Azərbaycanı kənarlaşdırmağa, onu inkişaf və sabitlik yolundan uzaqlaşdırmağa və Avropaya və qlobal cəmiyyətə inteqrasiyasını təhlükəyə atmağa xidmət edəcək.

Sizin məyus olacağınıza heç bir şübhəmiz yoxdur. Azərbaycan özünün dinamik gəncliyi və müasir görünüşü ilə güclü və çiçəklənən bir ölkədir. Vətəndaşları azad, qanunları isə güclüdür və hökumətdən başlayaraq, hər bir kəs bu qanunlara riayət edir. Məhkəmə sistemi beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Tutduğu vəzifədən və siyasi baxışından asılı olmayaraq, istənilən vətəndaş qanun pozuntusuna görə təqsirləndirilir və sizin ölkənizdə olduğu kimi, müvafiq qaydada cəzalandırılır. Vergidən yayınanlar nə Niderland və Avstriyada, nə də Azərbaycanda siyasi məhbus hesab olunur. Əgər bizimlə bəhs etdiyiniz hər bir nüans barədə dialoq aparmağa zaman ayırsaydınız, biz sizi reallığı əks etdirən faktlarla təmin edərdik.

Davamlı olaraq haqlı yerə həbs edilmiş şəxslərin azad edilməsinə çağırış etməyin məhkəmə sisteminə müdaxilə hesab olunduğunu bildiyiniz kimi, çox güman ki, bundan da xəbərdarsınız. Siz hətta bilirsiniz ki, qətnamədə qaldırdığınız və haqqında çağırış etdiyiniz digər məsələlərin çoxu əsassızdır və tamamilə absurddur.

Görünür, həqiqət odur ki, siz Azərbaycan və onun vətəndaşları barədə çox az düşünürsünüz. Ürəyinizdə onların maraqlarını düşündüyünüzü iddia edərək, əslində Aİ ilə ölkəmiz arasında əməkdaşlıq və danışıqların kəsilməsinə vasitəçilik edirsiniz. Bu isə yalnız Avropa İttifaqında çalışmağa və əməkdaşlıq etməyə cəlb edilmiş həmin azərbaycanlılara zərər vura bilər. Siz hətta xalqımıza yalnız ziyan vuracaq sanksiyalar tələb edirsiniz! Qəti surətdə işğal altında olan digər bir dövləti, Ukraynanı müdafiə edən Siz mövcud olmayan “təzyiqlər” barədə olduqca müfəssəl danışırsınız, lakin azərbaycanlıların təzyiqə məruz qalması ilə bağlı narahatlıqlarını düzgün çatdırmırsınız.

Daha doğrusu, torpaqlarını işğal etmiş düşmən ordusu ilə birgə yaşamaq, həmvətənlilərini hər gün atəşə tutmaq, yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsinə səbəb olmaq. Qayğı göstərdiyinizi iddia edirsinizsə, bir dəfə belə 23 ildən artıqdır bizdən əl çəkməyən bu böhranla bağlı nə isə etmisinizmi?
Sizin etmək istədiyiniz yalnız ittiham, ittiham və hələ keçirilməmiş seçkilərlə bağlı ittihamlar səsləndirdiyiniz qeyri-müvafiq sənəd layihələri qəbul etməkdir. Bu davranışınız ölkəmizə qarşı kor-koranə strategiyanızı vurğulamağa xidmət edir. Bu, təəssüf doğurur, lakin sonda çox az əhəmiyyət kəsb edəcək. Avropa və Azərbaycanın gələcəyinin bir olmasının səbəb və reallığını bilən çoxsaylı avropalı siyasətçilər də çoxdur!”


Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR