“11 sentyabr” 14 il sonra Kəbədə - Bin Ladenin sirri açıldı
Bizi izləyin

Nida.az

“11 sentyabr” 14 il sonra Kəbədə - Bin Ladenin sirri açıldı

Kəbədə kranın aşması ilə 107 nəfərin ölümünə səbəb olan bədbəxt hadisənin pərdəarxası məqamlarında diqqətçəkən detallar ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kəbənin genişləndirilməsi üçün həyata keçirilən inşaatı aparan şirkət Əl-Qaidənin əfsanəvi lideri Üsəma Bin Ladenin ailəsinə məxsus olub. Şirkət inşaat işlərini 2020-ci ildə bitirəcəkmiş.

Bu hadisənin baş verdiyi gün və inşaatı aparan şirkətin kimə məxsusluğu xarici mediada bəzi ehtimalların yaranmasına səbəb olub. Belə ki, Kəbədəki hadisənin tarixi 11 sentyabr hadisələrinin ildönümü ilə eyni günə təsadüf edir. 14 il öncə sentyabrın 11-də Nyu-Yokrda əkiz qüllələrə hücum və ABŞ-ın İraqa girməsi ilə nəticələnən məlum olayların arxasında Əl-Qaidə lideri Bin Laden dayanırdı. O özü terror aktını üzərinə götürmüşdü.

“Əkiz qüllələrə hücumdan 14 il sonra Kəbədə Bin Laden ailəsinə məxsus inşaat şirkətinin istifadə etdiyi kranın aşması təsadüfdürmü?”- xarici medianın irəli sürdüyü sual əsasən bu istiqamətdədir.



- Bu, ABŞ-ın Bin Ladenin məxsus olduğu xalqdan qisası, yaxud qorxu yaratmaq cəhdi ola bilər.

- 107 nəfərin ölümünə səbəb olan hadisənin 11 sentyabr tarixində baş verməsi İslam dünyasına mesajdır.

Ehtimallar əsasən bu istiqamətdə irəli sürülür. Lakin hadisənin tamamilə təsadüf olması da istisna deyil.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm