Siyahıya düşməyən deputat: “Qoca kişi gedib pensiya ilə məşğul olar”
Bizi izləyin

Nida.az

Siyahıya düşməyən deputat: “Qoca kişi gedib pensiya ilə məşğul olar”

Milli Məclisin Kürdəmirdən seçilmiş deputatı Fərhad Qəribov ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) açıqladığı siyahıda adının olmaması məsələsinə münasibət bildirib.

F.Qəribov Publika.az-a açıqlamasında deyib ki, YAP-ın siyahısına adının salınmamasını normal qarşılayır: “Yəqin məsləhət olub ki, adımı siyahıya salmayıblar. Buna görə heç bir narazılığım yoxdur. YAP kimi məsləhət bilirsə, elə də olmalıdır. Mənim yerimə irəli sürülən yeni namizəd Kürdəmir bələdiyyəsinin sədri Nizami Qəribovdur. O, mənim əmim oğludur. İndi əmim oğludur, hər nədir, axır deputatlığa namizədliyi irəli sürülüb. Ancaq mən dəqiq deyə bilmərəm ki, onun seçicilər arasında nüfuzu necədir. Bu barədə yaxşı olar ki, özündən soruşasınız”.

F.Qəribov bundan öncəki seçkilərdə əmisi oğlu olan Nizami Qəribovun ona uduzması məsələsinə də toxunub: “Adətən, oyuna girənin biri udar, biri də uduzar. Ancaq mən müstəqil şəkildə də namizədliyimi irəli sürməyəcəm. Artıq bəs edər, yorulmuşam. Qoca kişi gedib pensiya ilə məşğul olar”.

Xatırladaq ki, ötən gün axşam hakim Yeni Azərbaycan Partiyası bu il noyabrın 1-nə təyin olunan növbəti parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Siyahıya bir neçə deputatın, o cümlədən Fərhad Qəribovun adı salınmayıb. Onun yerinə isə YAP F.Qəribovun əmisi oğlu Kürdəmir bələdiyyəsinin sədri Nizami Qəribovun namizədliyi irəli sürülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm