8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Bizi izləyin

Nida.az

8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Milli Məclisə seçkilərlə əlaqədar ilk 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Publika.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov indiyə qədər 923 nəfərin deputatlığa namizədliyinin irəli sürüldüyünü bildirib. O deyib ki, onlardan 388 nəfərin namizədliyi fərdi qaydada, 3 nəfərin namizədliyi təşəbbüs qurupu, 34 nəfərin namizədliyi Azadlıq-2015 siyasi partiyalar bloku, 498 nəfərin namizədliyi isə 13 partiya tərəfindən irəli sürülüb. Namizədliyi irəli sürülənlərdən 720 nəfərin namizədliyi təsdiqlənib, 583 nəfərə imza vərəqi verilib. Onlardan 39 nəfər imza vərəqini dolduraraq geri qaytarıb və bunlardan da 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm