Sarkisyanın bəyanatı Metyu Brayzanı təəccübləndirib
Bizi izləyin

Nida.az

Sarkisyanın bəyanatı Metyu Brayzanı təəccübləndirib

Prezident Serj Sərksiyan Dağlıq Qarabağın Ermənistana məxsus olmasına dair bəyanatı təəccüb doğurmaya bilməz, çünki o, İrəvanın bu məsələ ilə bağlı rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

Report xəbər verir ki, bunu "Vestnik Kavkaza" nəşrinə müsahibəsində ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi Metyu Brayza bildirib.

"Sərksiyanın bəyanatı məni təəccübləndirir. Nəzərə alaq ki, bu, Ermənistanın uzun müddət ərzində tutduğu mövqe ilə ziddiyyət təşkil edir. Bu mövqeyə görə, müstəqil "Dağlıq Qarabağ respublikası" mövcuddur, onun "vətəndaşlar"ı öz liderini özü seçir, "o", öz iqtisadiyyat və hüquq sahələrinə özü rəhbərlik edir və Ermənistan nə diplomatik, nə də hüquqi cəhətdən onu tanımır", - deyə ekspert təəccübünü ifadə edib.

"Prezident Sərksiyanın nə üçün belə bir bəyanat verdiyini başa düşmək çətindir, məgər Ermənistan hökuməti öz siyasətində kəskin dəyişiklik edib. Lakin siyasətin bu kimi dəyişdirilməsi Dağlıq Qarabağın bir çox sakinləri üçün, xüsusilə də, bu regionun siyasi liderləri üçün dərin məyusluq yarada bilər", - deyə Metyu Brayza bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm