• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BAXCP: İşğalçı ordunun canlı qüvvəsinə daha dağıdıcı zərbələr vurulmalıdır

  • Nida.az
  • 28 Sentyabr 2015 16:07
  • 382 Baxış
BAXCP: İşğalçı ordunun canlı qüvvəsinə daha dağıdıcı zərbələr vurulmalıdır

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.


Publika.az-a daxil olan məlumata görə, iclasda seçki kampaniyasının ilkin mərhələsi və partiyanın bu prosesdəki iştirakı ilə bağlı müzakirələr aparılıb. BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan digər məsələ cəbhə xəttində yaranmış vəziyyət, ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayiş etdirdiyi mövqe, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı olub.

BAXCP İdarə Heyəti hesab edir ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara layiqli cavab verilməlidir: “Düşmənin təxribatlarına cavab olaraq endirilən zərbələrin sayı deyil, effektivliyi əsas götürülməli, işğalçı ordunun canlı qüvvəsinə daha dağıdıcı zərbələr endirilməlidir”.

BAXCP İdarə Heyəti cəbhə xəttində baş verən son hadisələrdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayiş etdirdiyi mövqeni də qətiyyətlə pisləyib: “Azərbaycanın mülki vətəndaşlarının qətlə yetirilməsini sükutla izləyən həmsədrlərin yalnız işğalçı ordu itkilərə məruz qaldıqdan sonra aktivlik nümayiş etdirməsi onların gerçək simalarını nümayiş etdirir. Yaranmış vəziyyət sübuta yetirir ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün real addımlar atmalı olan həmsədrlər, mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar”.

ATƏT-in Minsk qrupunun fəaliyyətinin bütövlükdə işğalçı Ermənistanın mənafeyinə xidmət etdiyini önə çəkən BAXCP İdarə Heyəti hesab edir ki, işğalçı ordunun təxribatlarına daha sərt cavab verilməli və Azərbaycan torpaqları işğaldan azad edilməlidir.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR