Tural Abbaslı və Günel Səfərovanın nümayəndələrinin özbaşınalığı
Bizi izləyin

Nida.az

Tural Abbaslı və Günel Səfərovanın nümayəndələrinin özbaşınalığı

21 saylı Nəsimi Birinci Seçki Dairəsinin bir neçə məntəqəsində xoşagəlməz hallar yaşanıb.

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızının vəkili Vaqif Qələndərli Publika.az-ın müxbirinə bildirib ki, bu gün səsvermə zamanı dairənin 27, 26, 11, 4-cü məntəqələrində müstəqil namizəd Tural Abbaslını və Ümid Partiyasının namizədi olan Günel Səfərovanı təmsil edən müşahidəçilər səsvermənin başladığı ilk saatlardan seçki prosesinə mane olaraq seçicilərin məntəqəyə daxil olmasına imkan verməyərək onlardan şəxsiyyət vəsiqəsi tələb ediblər. Şəxsiyyət vəsiqələrini təqdim etməyənləri isə səsverməyə buraxmayacaqları ilə hədələyiblər.

V. Qələndərli bildirib ki, bundan əlavə, həmin şəxslər seçicilərin əllərindən bülletenlərini almağa cəhd edərkən digər seçicilər buna imkan verməyiblər: “Müstəqil namizəd Tural Abbaslını və Ümid Partiyasının namizədi olan Günel Səfərovanı təmsil edən müşahidəçilərə dəfələrlə xəbərdarlıq edilsə də, onlar müşahidəçilik səlahiyyətlərini aşaraq kobud hərəkətləri ilə azad, şəffaf səsvermə mühitini pozublar. Onların bu hərəkətləri ilə bağlı protokol tərtib edilib. 21-ci Dairə üzrə 19 saylı məktəbdə yerləşən məntəqədə onlara protokol yazıldıqdan sonra məntəqədən uzaqlaşdılıblar”.

V. Qələndərlinin sözlərinə görə, həmin müşahidəçilər məntəqənin həyətində yenə də seçicilərin səsvermə prosesinə maneçilik yaratmağa çalışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm