Ömər Kocaman: "Seçkilər şəffaf və güclü rəqabət şəraitində keçib"
Bizi izləyin

Nida.az

Ömər Kocaman: "Seçkilər şəffaf və güclü rəqabət şəraitində keçib"

Azərbaycanda seçkilər açıq, şəffaf və güclü rəqabət şəraitində keçib. Bu seçkilərin Azərbaycanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olduğunu hesab edirik.

Publika.az-ın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Müşahidə Missiyasının bu gün keçirilən tədbirində qurumun Baş katibinin müavini Ömər Kocaman bildirib.

Ö.Kocaman qeyd edib ki, Türk Şurası Katiblyi, Türk Akademiyası və Türk Şurasına üzv döblətlərin (Qazaxıstan, Qırğızıstan və Türkiyə) nümayəndələrinin daxil olduğu Müşahidə Missiyası oktyabrın 29-dan etibarən işə başlayıb. Missiya Bakıda və Gəncədə seçkiləri müşahidə edib. Ümumilikdə missiya Bakıda 18, Gəncədə 25 olmaqla, cəmi 43 seçki məntəqəsini müşahidə edib.

Ö.Kocaman əlavə edib ki, məntəqələri ziyarət etdiyi zaman missiya inzibati və hüquq-mühafizə orqanları tərəfindən müdaxilə hallarına rast gəlməyib. Missiya seçki öncəsi kampaniya zamanı və seçki günü heç bir hüquq pozuntusu müşahidə etməyib. Seçkiləri müşahidə etmək üçün yerli və xarici müşahidəçilərə lazım olan hüquqi və təşkilati şərait yaradılıb.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm