Nida.az
Zakir Həsənov Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrini qəbul edib
Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir gənclərimizin hərbi vətənpərvərliyinin gücləndirilməsində, onların döyüş əzmi ruhunda tərbiyə olunmasında Əfqanıstan müharibəsi veteranlarının nümunəsini xüsusi vurğulayıb və bu fəaliyyətlərin gələcəkdə də həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qonaq ölkəmizdə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışıb, ictimai birlik tərəfindən məktəblərdə və digər təhsil ocaqlarında keçirilən müxtəlif tədbirlər barəsində məlumat verib.
Görüş zamanı Müdafiə Nazirliyi ilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə həyata keçirəcəyi fəaliyyətlərlə əlaqədar işçi qrupunun yaradılması və tədbirlər planının tərtib edilməsi qərara alınıb.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO