“İqdırda BDP-nin qalib gəlməsi maraqlarımıza uyğun deyil” - Rəy
Bizi izləyin

Nida.az

“İqdırda BDP-nin qalib gəlməsi maraqlarımıza uyğun deyil” - Rəy

“İqdırda BDP-nin qalib gəlməsi maraqlarımıza uyğun deyil” - Rəy


“Biz Türkiyə xalqının iradəsinə hörmətlə yanaşırıq. Bu seçkilər göstərdi ki, Türkiyə cəmiyyəti kifayət qədər konservativdir və seçki kampaniyası dövründə hansı şəkildə mübarizə aparılmasından asılı olmayaraq seçicilərin böyük qismi həmişə müəyyən etdiyi eyni siyasi qüvvənin nümayəndələrinə səs verir”.

Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.Az -a açıqlamasında Türkiyədə bələdiyyə seçkilərinin nəticələrinə münasibət bildirərkən deyib.

A. Hacılı seçkidən sonra Türkiyədə qarşıdurmaların olacağı ilə bağlı fikirlərlə razı olmadığını bildirib: “Türkiyədə keçirilən bələdiyyə seçkilərində ən mühüm amil seçkilərin azad və ədalətli keçirilməsi, Türkiyə xalqının iradəsinin sərbəst şəkildə ifadə olunmasına şərait yaradılmasıdır. Müəyyən pozuntular olması barədə ilkin məlumatlar gəlsə də, bütövlükdə seçkilərin nəticəsinə təsir edəcək pozuntuların olması barədə hələlik ortalıqda ciddi sübutlar yoxdur. Seçkilərdən sonra qarşıdurma olmayacağı qənaətindəyəm”.

Müsavat rəsmisi İqdırda BDP-nin qalib gəlməsini təəssüflə qarşılayıb.“Azərbaycanla sərhəd olan Qars və İqdırdakı seçkilər bizi daha çox maraqlandırırdı. Çox təəssüf ki, İqdırda həm Türkiyə cəmiyyəti üçün ciddi problemlər yaradan, anti-türk təbliğatı aparan BDP nümayəndəsi bələdiyyə başqanı seçildi. Bu bizim maraqlarımıza uyğun deyil. Azərbaycanla sərhəd olan ərazilərdə MHP, CHP və AKP partiyanın nümayəndələrinin seçilməsi bizim maraqlarımıza daha uyğundur”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm