Ermənistanın sabiq müdafiə naziri “dördgünlük müharibə”nin GİZLİNLƏRİNİ AÇDI
Bizi izləyin

Nida.az

Ermənistanın sabiq müdafiə naziri “dördgünlük müharibə”nin GİZLİNLƏRİNİ AÇDI

"Bu ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş verən əməliyyatların arxasında Rusiya dayanır”.

Publika.az “tert.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə naziri, ehtiyatda olan general-leytenant Vaqarşak Arutunyan bəyan edib.

Sabiq erməni nazir deyib ki, cəbhə xəttində aprelin 2-də başlayan “dördgünlük müharibə”də Ermənistan öz istəyi ilə iştirak etməyib.

Onun sözlərinə görə, son döyüşlərdə iştirak edənlər Rusiyanın təhriki ilə Qarabağda mövcud olan erməni hərbiçiləri olub: “Ümumiyyətlə, Qarabağ münaqişəsi məsələsi Sovet İttifaqı dağıldıqdan sonra alovlanmağa başlayıb. Bu problem Sovet İttifaqı dövründə mövcud olsa da, ancaq SSRİ-də yürüdülən “xalqlar dostluğu” siyasəti münaqişənin alovlanmasına imkan verməyib.

Qarabağ ətrafında vəziyyət əsasən SSRİ dağılandan sonra gərginləşməyə başladı və 1992-ci ildə regionda vəziyyət tamamilə dəyişdi. Bilirsiniz, bu münaqişənin həllində əsas söz sahibi tərəflər deyil, Rusiyadır. Rusiyanın bu regionda marağı böyük və daimidir. Rusiya hər marağına uyğun addım atanda müharibə edə bilməz. Bunun üçün də uzunmüddətli münaqişələr yaradır və bölgələri bu yolla öz nəzarətində saxlamağa çalışır. Hətta, Rusiyanın doktrinasında da bu haqda qeyd olunur”.

Vaqarşak Arutunyan Azərbaycan tərəfinin sülhsevər dövlət olduğunu da açıq şəkildə etiraf edib: “Baxmayaraq ki, Azərbaycan dövləti neft gəlirləri hesabına özünün müdafiə gücünü kifayət qədər artırıb. Ancaq Azərbaycan heç zaman Qarabağ probleminin hərbi yolla həllinə tərəfdar deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm