Nida.az
Sarkisyanın arvadı ilə bağlı “Qarabağ qalmaqalı” səngimir
Ermənistanın birinci xanımı Rita Sarkisyan ətrafında
qalmaqal davam edir.
Publika.az xəbər verir ki, “Aykakan Jamanak”
qəzeti erməni deputat Ermine Naqdalyanın məhz Serj Sarkisyanın
arvadının vasitəçiliyi ilə cəzadan qaçdığını yazır.
Qeyd edək ki, E. Naqdalyan beynəlxalq hüququn Ermənistana Dağlıq
Qarabağı nəzarətdə saxlamaq haqqı vermədiyini bildirib. Bundan
sonra ona qarşı təzyiqlər başlayıb. Bəziləri AŞPA-da Ermənistan
nümayəndə heyətinin rəhbəri, həmçinin, hakim Respublika
Partiyasının üzvü olan Naqdalyanın deputatlıqdan məhrum edilməsini
tələb edir. Lakin erməni mediası onun birinci xanım Rita
Sarkisyanın adamı olduğunu, buna görə də heç kimin ona heç nə edə
bilməyəcəyini qeyd edir. (http://publika.az/p/134511).
“Aykakan Jamanak” qəzeti hazırda Naqdalyanın hakim Respublika
Partiyasında ciddi narazılıqla qarşılandığını qeyd edib. Qəzet
əlavə edir ki, Sarkisyandan onu cəzalandırmaq tələb olunub.
“Lakin Naqdalyan Sarkisyanın arvadı Rita ilə yaxın münasibətlərə
malikdir. Onu, “Ritanın adamı” deyə tanıyırlar. Naqdalyanın
cəzalandırılmaması üçün Ritanın Serjə təzyiq etdiyi haqda
informasiyalar var. Bu məsələ Sarkisyan ailəsi üçün də ciddi
nəticələrə gətirib çıxara bilər. Hazırda sosial şəbəkələrdə
insanlar Rita Sarkisyanı sərt tənqid edirlər. ekspertlər bu
tənqidlərin etiraz aksiyası ilə nəticələnə biləcəyini düşünürlər”,
- deyə qəzet qeyd edib.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu