“Uğursuz və haqsız Ermənistan” – erməni ekspertin ordu HƏQİQƏTİ
Bizi izləyin

Nida.az

“Uğursuz və haqsız Ermənistan” – erməni ekspertin ordu HƏQİQƏTİ

“Apreldə baş verən “dördgünlük müharibə” biabırçı reallığı ortaya çıxardı. Ön cəbhədə kasıbların övladları döyüşür, varlılar isə övladlarını gizlədir, yaxud ən pis halda arxaya, paytaxtın göbəyində hansısa hərbi hissəyə saldırırlar”.

Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Narina Mkrtçyan qələmə aldığı “Uğursuz və haqsız Ermənistan” başlıqlı məqaləsində yazıb.

Onun sözlərinə görə, 2013-cü ildə Serj Sarkisyanın “uğurlu Ermənistana” seçki şüarını bu müharibə darmadağın etdi və həmin şüarı “Uğursuz və haqsız Ermənistan”la əvəz etdi: “Müharibədə həlak olan gənclərin kimliyi haqda araşdırma onların hamısının kasıb ailədən olduğunu göstərdi. Ölməyə gələndə onlar, yaşamağa, ölkəni soymağa gələndə oliqarx balaları önə çıxır. İndiyə qədər illüziyalar yaradılırdı, Ermənistanın güclü olduğu haqda yalanlar uyduruludu. Müharibə isə əvvəlki reallığı – uğursuz və haqsız Ermənistanı qaytardı”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm