Nida.az
Hacıbala Abutalıbov Ayaz Mütəllibova qarşı AKSİYADA - VİDEO
Sosial şəbəkələrdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun görüntüləndiyi videokadrlar yayılıb.
Publika.az Müsavat.com-a istinadən xəbər verir ki, görüntülərdə mərhum prezident Heydər Əliyevin tərəfdarlarının 12 aprel 1992-ci ildə Azərbaycan parlamentinin önündə keçirdiyi mitinqin iştirakçıları, onların səsləndirdiyi şüarlar, qaldırdıqları transparantlar əks olunur.
H.Əliyevin tərəfdarları prezident seçkilərində 65 yaşını ötmüş şəxslərin iştirakını yasaqlayan konstitusiya maddəsinin ləğvini tələb edirlər. (Qeyd edək ki, bu yasaq o dönəmdəki prezident Ayaz Mütəllibovun iradəsi ilə, sırf Heydər Əliyevin hakimiyyətə qayıdışını əngəlləmək üçün konstitusiyaya əlavə olunmuşdu).
Mitinqin qızğın vaxtında, iştirakçıların şüar səsləndirdiyi bir vaxtda Hacıbala Abutalıbov kamera qarşısına keçir və mitinqin məram və məqsədini açıqlayaraq, qeyd edir ki, onların tələbləri yerinə yetirilməsə, hər gün saat 3-də parlamentin qarşısında mitinq keçirəcəklər.
Onu da qeyd edək ki, 24 il əvvəl baş tutan həmin mitinq Ayaz Mütəllibovun tərəfdarı olan Hacı Əbdülün başçılıq etdiyi qüvvələr tərəfindən dağıdılıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi