• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

Bahar Muradova: “Prezidentin bu ada layiq görülməsi Azərbaycanın uğurunun göstəricisidir”

  • Nida.az
  • 26 May 2016 12:09
  • 296 Baxış
Bahar Muradova: “Prezidentin bu ada layiq görülməsi Azərbaycanın uğurunun göstəricisidir”

Milli Məclis sədrinin müavini Bahar Muradova Prezident İlham Əliyevin "The Business Year" jurnalı tərəfindən "Dünyada ilin adamı" mükafatına layiq görülməsinə münasibət bildirib.

B.Muradova Publika.az-a açıqlamasında deyib ki, "The Business Year" jurnalı dünyada kifayət qədər böyük nüfuza malik olan beynəlxalq dərgidir: “Bu cür nüfuzlu beynəlxalq jurnalın artıq bir neçə dəfədir ki, Azərbaycana həsr olunan məqalələr, xüsusi buraxılışlar çap etməsi, Prezident cənab İlham Əliyevin ölkədə və beynəlxalq aləmdəki fəaliyyətlərini dəyərləndirərək, onu “Dünyada ilin adamı” elan etməsi Azərbaycanın əldə etdiyi uğurların göstəricisidir. Digər tərəfdən isə bu, "The Business Year" jurnalının və redaksiya heyətinin dünyada gedən proseslər içərisində Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirməsidir”.

Vitse-spiker qeyd edib ki, bütün bu işlərin təşkilatçısı, ilhamvericisi və reallaşdıranı kimi Prezident İlham Əliyevin 2016-cı ildə də “İlin adamı” elan edilməsi tam təbiidir: “Hesab edirəm ki, "The Business Year" jurnalı Prezident İlham Əliyev kimi nüfuzlu şəxsi mükafatlandırmaqla yanaşı, eyni zamanda öz nüfuzuna da nüfuz qatır. Bütün bunlar qarşılıqlıdır.

Mən bu münasibətlə cənab Prezidenti təbrik edirəm. Hesab edirəm ki, ölkə Prezidentinin timsalında Azərbaycan daha nüfuzlu mükafatlara layiqdir.

Eyni zamanda "The Business Year" jurnalının rəhbərliyini və kollektivini təbrik edirəm ki, belə bir qərar qəbul edib. Bu, bir ənənəyə çevrilib. Biz artıq bir neçə dəfədir ki, bu cür mükafatların şahidi oluruq. Bütün bunlar onu göstərir ki, bu münasibətlər getdikcə daha artıq möhkəmlənir, məntiqli və davamlı xarakter alır. Təbii ki, bu da Azərbaycanın davamlı uğurlarının və inkişafının nəticəsidir. Bu gün Azərbaycan cəmiyyətində hər kəs ölkə Prezidentinin bu cür yüksək mükafatlara layiq olması barədə eyni fikirdədir”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>