İlham Əliyev: “Arpaçay”ın tikintisi Azərbaycanın gücünü göstərir" - FOTOLAR
Bizi izləyin

Nida.az

İlham Əliyev: “Arpaçay”ın tikintisi Azərbaycanın gücünü göstərir" - FOTOLAR

Aprelin 7-də Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib. Sonra dövlət başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyət

Aprelin 7-də Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib. Sonra dövlət başçısı Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə çıxış edən Azərbaycan prezidenti bu hadisəni Naxçıvanın inamla, uğurla inkişaf etdiyinin göstəricisi kimi qiymətləndirib: “Bu gün səhər mən Naxçıvanda müxtəlif obyektlərin açılışında iştirak etmişəm. Bütün bu açılışlar ölkəmizin gücünü göstərir və Naxçıvanda görülən işlər ən yüksək səviyyədədir”.

Naxçıvanın enerji təminatı məsələlərinin ön planda olduğunu vurğulayan İ. Əliyev vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlərin olduğunu xatırlayıb: “Biz hamımız yaxşı xatırlayırıq ki, Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilib. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapıb”.

Son illərdə “Vayxır”, “Biləv” su elektrik stansiyalarının açılışlarını qeyd edən dövlət başçısı bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edildiyini bildirib: “Bu Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda, Naxçıvanın ixrac potensialı da artsın”.

Vaxtilə başqa ölkələrdən elektrik enerjisini almaq üçün səylər göstərən Azərbaycanın bu gün Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac etdiyini deyən prezident bu ixracın getdikcə artacağını bildirib: “Çünki gələcəkdə Naxçıvanın enerji potensialının artırılması üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Buna ehtiyac var, çünki əhali artır. Naxçıvan əhalisi artıq 430 mindən yuxarıdır. Naxçıvanın sənaye istehsalı artır, yeni müəssisələr işə salınır, sosial məsələlər öz həllini tapır. Beləliklə, biz gələcəkdə Naxçıvanın dinamik inkişafını təmin etmək üçün yeni enerji güclərini yaratmalıyıq”.

İ.Əliyev həmçinin qeyd edib ki, “Arpaçay” su elektrik stansiyalarının tikintisi Azərbaycanın gücünü göstərir. “Çünki bu layihə texniki cəhətdən çox çətin bir layihədir. Bu layihəni Azərbaycan mütəxəssisləri, fəhlələri icra ediblər. Bu dağlar arasında tunel tikilib, qurğular yaradılıb. Layihənin icrası dövründə yeni bir təşəbbüs Naxçıvan Muxtar Respublikası rəhbərliyi tərəfindən irəli sürülüb və “Arpaçay-2” stansiyasının tikintisi də artıq reallaşıb. Yəni, budur bugünkü müasir yanaşma və budur Naxçıvanın inamlı inkişafı” - deyə prezident bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm