“Jirnovski Rusiyanın təlxəyidir” – Arif Rəhimzadə
Bizi izləyin

Nida.az

“Jirnovski Rusiyanın təlxəyidir” – Arif Rəhimzadə

“Jirnovski Rusiyanın təlxəyidir” – Arif Rəhimzadə

“Rusiya ilə Ukrayna arasında baş verən hadisələr özləri tərəfindən həll edilməlidir”.

Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, hadisələrin gedişi Ukraynada böyük narahatçılığın olduğunu göstərir və buna uyğun hərəkət görünməlidir: “Bizim mövqeyimiz odur ki, məsələni Ukrayna xalqı özü həll etməlidir. Heç bir kənar təsir olmamalıdır”.

Deputat həmkarı Eldar İbrahimovun Rusiya prezidenti Vladimir Putinə müraciətinə də toxunan A.Rəhimzadə deyib: “Hesab etmirəm ki, bu müraciətə Putin tərəfindən hər hansı cavab verilə və nəzərdə tutulan iş görülə bilər. İndi bizim bir nömrəli məsələmiz Dağlıq Qarabağ məsələsidir. İlk növbədə bu məsələ həllini tapmalıdır. Putinin də bizə ən böyük köməyi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı olar.

Rusiyanın bu məsələdə köməyi çox vacibdir. O ki qaldı Zəngəzurun qaytarılması məsələsinə, düşünürəm ki, indiki məqamda bu məsələnin ortaya qoyulması reallıqdan uzaqdır. Bu məsələ gələcəyin işidir. İndiki halda Dağlıq Qarabağ münaqişəsi həllini tapmalıdır”.

A.Rəhimzadə Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Dağlıq Qarabağla bağlı dediklərinə də cavab verib: “Jirnovskinin türk xalqına böyük nifrəti var. Çünki vaxtilə Jirnovski Türkiyədə həbs edilib. İndi bu adam türk xalqı və Azərbaycan haqqında danışanda nifrət hisslərini ortaya qoyur. Keçmişdə şah saraylarında təlxək saxlanılırdı və onlar heç də axmaq adamlar deyil idi.

Ancaq sözlərini elə formada deyirdi ki, bu təsiredici olurdu. İndi də Jirnovski Rusiyanın təlxəyidir. Mən dəqiq deyə bilmərəm onun sözləri Vladimir Putinin sözləridir. Ancaq dediyi fikirlər arasında özünün də, Rusiya elitasının da sözləri olur. Onu ortaya atırlar ki, Rusiya elitasının demək istədiyi sözləri desin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm