Pasportlarla bağlı fərman imzalandı
Bizi izləyin

Nida.az

Pasportlarla bağlı fərman imzalandı

Azərbaycan prezidenti İlham Əliyev “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2014-cü il 25 fevral tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2014-cü il 25 fevral tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm