Nida.az
Cənublu fəalların həyatına təhlükə var
İranda Azərbaycan milli kimliyi uğrunda apardıqları dinc mübarizəyə görə iki aydır Tehranın Evin zindanında saxlanan fəallar Əkbər Azad və Əlirza Fərşi həbsxananın 305-ci korpusuna köçürülüb.
“Media forum” saytının məlumatına görə, tutulan vaxtdan zindanın 209-cu korpusunda saxlanan fəalların həbsxananın daha sərt rejimlə idarə edilən 305-ci korpusuna köçürülməsinin səbəbi bilinmir. Bildirilir ki, mədə ağrısından ağır əziyyət çəkən fəal Əkbər Azadın şəhər xəstəxanasında müalicə almağa ehtiyacı olsa da, buna icazə verilmir.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları polis qüvvələri ilə birlikdə hər iki fəalı fevralın 21-də Tehran yaxınlığındakı Nəsimşəhr şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən dinc toplantıda tutub aparıblar.
Məhbus fəalların konkret nədə günahlandırıldığı bilinmir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu