Nida.az
AMİP Rauf Mirqədirovla bağlı prezidentə müraciət etdi
AMİP partiyanın Mərkəzi Şurasının üzvü Rauf Mirqədirovla bağlı bəyanat yayıb.
Publika.Az-a daxil olan bəyanatda deyilir: “Azərbaycan Milli İstiqlal Partiyası AMİP Mərkəzi Şurasının üzvü, əməkdar jurnalist, milli azadlıq hərəkatının fəal iştirakçısı, Qarabağla bağlı ekspert-araşdırmaçı Rauf Mirqədirovun ən ağır ittihamla təqsirləndirilərək həbs olunub istintaqa cəlb olunmasına kəskin etirazını bildirir. Belə şərəfli həyat yolu keçmiş jurnalistin vətənə xəyanətdə təqsirləndirilməsi cəmiyyət üçün ağır zərbədir.
AMİP Rauf Mirqədirova qarşı irəli sürələn ittihamlara inanmadığını bəyan edərək, istintaqın obyektiv aparılacağına və irəli sürülən ittihamların özünü doğrultmayacağına əminliyini bildirir. AMİP Rauf Mirqədirovun hüquqlarının müdafiəsində bütün hüquqi imkanlardan istifadə edəcəyini bəyan edir. AMİP dövlət başçısı cənab İlham Əliyevə müraciət edərək ölkə prezidentinin bu məsələni şəxsi nəzarətinə götürəcəyinə və obyektiv araşdırılmasına xüsusi diqqət yetirəcəyinə ümid etdiyini bildirir”.
Asif
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO