Elçin Şıxlı: “ Mirqədirova görə İsmayıl Şıxlının çap olunmayan əsərlərini aparıblar”
Bizi izləyin

Nida.az

Elçin Şıxlı: “ Mirqədirova görə İsmayıl Şıxlının çap olunmayan əsərlərini aparıblar”

Elçin Şıxlı: “İsmayıl Şıxlının çap olunmayan əsərlərini aparıblar”

Baş Prokurorluq Rauf Mirqədirovun işi ilə bağlı onun əməkdaşlıq etdiyi “Ayna-Zerkalo” qəzetlərinin redaksiyasında axtarış aparıb.

Qəzetin baş redaktoru Elçin Şıxlı Publika.Az-a açıqlamasında deyib ki, bu axtarış Mirqədirovun həbsindən bir gün sonra aparılıb: “İki saata qədər axtarış olub. Mənim kompüterimin prosessorunu götürüblər. Həmin vaxt mən xəstə yatırdım, axtarış mənsiz aparılıb. Amma söz veriblər ki, qaytarsınlar. Mənim orda 20 illik arxivim var. Həmçinin işin də arxivi, İsmayıl Şıxlının da arxivləri, mənim özümə aid elektron ünvanlar, əlaqələr də ordadır. İsmayıl Şıxlının latın əlifbası ilə çap olunmamın hekayələri, əsərləri prosessorun içindədir”.

E. Şıxlı qeyd edib ki, əgər qaytarmasalar o tələb edəcək.

“Mənim hər-hansı əşyamın müsadirə edilməsi üçün məni nədəsə ittiham etməlidirlər. Lakin deyirlər ki, bu iş üçün lazımdır. Mən Rauf Mirqədirovun işinin araşdırılıb həqiqətin üzə çıxarılması üçün hər şeyi etməyə hazıram. Onun günahsızlığı mənim üçün sual doğurmur. Əgər Rauf vətən xainidirsə, onda əhalinin hamısı vətən xainidir. Onun qədər Azərbaycanı istəyən, Dağlıq Qarabağla bağlı mövqeyini savadlı müdafiə edən ikinci jurnalist tanımıram. Onun günahsızlığının sübut olunması üçün əməkdaşlıq da etməyə hazıram, əlimdən gələn hər şeyi də”-deyə baş redaktor bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm