Elçin Şıxlı: “Zerkalo” həftəliyə keçir, “Ayna” aylığa”
Bizi izləyin

Nida.az

Elçin Şıxlı: “Zerkalo” həftəliyə keçir, “Ayna” aylığa”

Elçin Şıxlı: “Zerkalo” həftəliyə keçir, “Ayna” ayrılığa”

“Zerkalo” həftəliyə keçir, “Ayna” isə ayda bir dəfə nəşr olunacaq.

Bu barədə bu iki qəzetin baş redaktoru Elçin Şıxlı Publika.Az-a açıqlamasında deyib. Baş redaktor bildirib ki, mayın 6-dan etibarən qəzetlər bu qaydada nəşr olunacaq.

E. Şıxlı qeyd edib ki, buna səbəb maliyyə problemidir.

“Ümumi proseslər də buna təsir edir. Reklam yox, satış yeri yox, insan dözür, amma bir yerə qədər dözə bilir. Sonra çətin olur. Mən məmnuniyyətlə gündə 3 dəfə qəzetləri nəşr edərdim. Amma alınmır. Əvvəllər qazanırdım, indi qazanmaq imkanları da azalıb”-deyə o bildirib.

Qeyd edək ki, Rauf Mirqədirov həbs olunandan sonra onun əməkdaşlıq etdiyi bu qəzetlərdə də axtarş aparılıb. E. Şıxlının kompüteri müsadirə olunub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm